Prezidentin köməkçisi: Bu gün Ermənistan və Azərbaycan sülh gündəliyini dərinləşdirir
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Qlobal Bakı Forumu çərçivəsində "Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi" adlı panel müzakirəsində çıxışında deyib.
O bildirib ki, bölgədən kənar ölkələr maraqlarını ortaya qoyub regiona töhfə verə bilər: "Biz müstəqilliyin ilk illərində ümidlərimizi beynəlxalq təşkilatlara bağlamışdıq. Biz hərbi və siyasi yollarla münaqişəni həll etdik. Bu gün Ermənistan və Azərbaycan sülh gündəliyini dərinləşdirir".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...