Prezidentin köməkçisindən Qarabağa göndərilən muzdlulara müraciət: "Hədəfə çevriləcəksiniz"
Yeniliklərdən dərhal xəbərdar olun
"Son günlərdə sosial şəbəkə və beynəlxalq mediada digər ölkələrdə yaşayan erməni əsilli şəxslərin Azərbaycanın işğal altında olan ərazilərinə gəlməsi və Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməsi barədə məlumatlar var".
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, son dönəmdə xüsusən Yunanıstan olan erməni əsilli şəxslərin, həmçinin bir sıra qərb ölkələrindən olan erməni əsilli şəxslərin də döyüşçü və muzdlu kimi əməliyyatlara cəlb ediləcəyi barədə informasiya var.
"Biz ilk növbədə həmin dövlətləri öz vətəndaşlarını Azərbaycan Respublikasına qarşı bu cür təxribatlardan çəkindirmək barəsində ciddi tədbir görməyə çağırırıq. Həmin şəxslər Azərbaycanın işğal edilən ərazisinə daxil olub, silahdan istifadə edib, Silahlı Qüvvələr, mülki əhaliyə atəş açdıqda, hərbi əməliyyatlarda iştirak etdiyi təqdirdə Cenevrə konvesiyası və beynəlxlaq humanitar hüququndan çıxış edərək legitim hədəfə çevriləcək. Bunun üçün də bu dövlətlər vətəndaşlarının bu cür təxribatlarda iştirakının qarşısını almaq üçün mümkün tədbirlər görməlidirlər".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...