Prezidentin köməkçisi: "Ermənistan işğaldan azad edilən ərazilərə 1 milyondan çox mina yerləşdirib"
14
avq
2023
21:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Azərbaycanın işğaldan azad edilən ərazilərinə 1 milyondan çox mina yerləşdirib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox azərbaycanlı mina qurbanı olub.
"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənistanın mina terroru davam edir", - H.Hacıyev vurğulayıb.
Oxşar xəbərlər
PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üzrə qəbul cədvəli açıqlanıb
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2023-cü ilin iyul ayı üzrə vətəndaşların qəbulu cədvəli açıqlanıb. BAK...