Prezident İlham Əliyev: “Bir kəmər, bir yol” təşəbbüsü dostluğa əlavə təkan və töhfə verəcək”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bir kəmər, bir yol” təşəbbüsü dostluğa əlavə təkan və töhfə verəcək”.
BAKU.WS xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində səsləndirib.
“Qarşılıqlı fəaliyyət yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir”, - deyə Prezident qeyd edib.
Dövlətimizin başçısı vurğulayıb ki, buna görə, Azərbaycanın mədəni irsi dövlətimiz tərəfindən lazımınca qorunur:
“Biz mədəni irsimizi əsrlər boyu qoruyub saxlamışıq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibə...