Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub
10
may
2025
17:52
Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.
BAKU.WS xəbər verir ki, birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır.
Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.
Oxşar xəbərlər
Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu...