Prezident: "Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahib olmağımız bizə strateji üstünlük təmin edir"
Yeniliklərdən dərhal xəbərdar olun
Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Biz o mövqelərdə möhkəmlənirik. Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir.
BAKU.WS xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
“Son iki il yarım ərzində Ordumuzun böyük dərəcədə gücləndirildiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır”.
Oxşar xəbərlər
İlham Əliyev MN-in komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - FOTO - YENİLƏNİB
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində ya...