Prezident: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək
Yeniliklərdən dərhal xəbərdar olun
Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək.
BAKU.WS xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzaladığını xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb: “Ümid edirəm, bu beynəlxalq əlaqələrimiz imkan verəcək ki, həmrəyliyi gücləndirək. Buna böyük ehtiyac var. Bizdən maliyyə, həmrəylik və birgə məsuliyyət tələb olunur”.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...