Prezident: "Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır".
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla keçirilən geniş tərkibdə görüş zamanı bildirib.
Dövlətimizin başçısı deyib ki, çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var.
Əməkdaşlığın əsasını təşkil edən mühüm amilin enerji sahəsinin inkişafı məsələləri olduğunu vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə daha çox planların olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...