Pozuntuların olduğu seçki dairələri açıqlandı
"Gün ərzində bizə bəzi dairələrdə ciddi pozuntularla bağlı müraciətlər daxil olub".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
“Bir məqamı da qeyd edim. 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub. Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.
Oxşar xəbərlər
Bu şəxslərin nəticələri ləğv oluna bilər — Şübhəli məqamların olduğu deyilir - SİYAHI
Mərkəzi Seçki Komissiyası ötən gün Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb. BAKU.WS demokrat.az-a istinadla xəbər verir ki, ilkin nətic...