Pompeo: "ABŞ Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair atəşkəs razılaşmasını alqışlayır"
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair atəşkəs razılaşmasını alqışlayır".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeonun ABŞ-ın Gürcüstandakı səfirliyinin “Facebook” hesabında paylaşılan bəyanatında bildirilib.
Qeyd olunub ki, ABŞ gərginliyin başladığı ilk günlərdən çoxlu insan itkisi ilə nəticələnən hərbi əməliyyatların dayandırılmasına çağırış edib.
Bəyanatda hərbi əməliyyatlar zamanı həlak olanların yaxınlarına başsağlığı verilib və tərəflərə bir daha beynəlxalq hüququn öhdəliklərinə, həmçinin beynəlxalq humanitar qanunlara hörmət etməsi barədə çağırış edilib.
Qeyd edək ki, bu gün ABŞ Dövlət Katibi Mayk Pompeo Gürcüstanda iki günlük rəsmi səfərdədir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir....