Polşadan təxliyə olunacaq Azərbaycan vətəndaşlarının sayı BƏLLİ OLDU
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynadan Polşaya keçən 174 Azərbaycan vətəndaşı bu gün axşam saatlarında çarter reysi ilə Katovitse şəhərindən Bakıya yola salınacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında hazırda Varşavada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.
S. Adıgözəlli deyib ki, artıq 174 nəfər Varşavadan Katovitse şəhərinə yola salınıb: “Katovitse şəhəri ilə Varşava arasında məsafə 300 kilometrə yaxındır. İndi aralarında qadınlar, uşaqlar və yaşlılar olmaqla, 174 nəfər 3 avtobusla Varşavadan Katovitse şəhərinə yola salındı. Bu gecə saatlarında 174 Azərbaycan vətəndaşı çarter reysi ilə Katovitsedən Bakıya yola salınacaq”.
S. Adıgözəlli növbəti mərhələdə Ukraynadan Polşaya keçən digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün də çarter reyslərinin təşkil olunmasının nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, bu, Ukraynadan Polşaya keçən Azərbaycan vətəndaşları üçün təşkil olunan ilk çarter reysidir.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...