Polşa XİN Rusiya və Belarus diplomatları ilə tədbirlərdə iştirakdan imtina etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Polşa Xarici İşlər Nazirliyinin nümayəndələri bundan sonra Rusiya və Belarus diplomatlarının iştirak etdiyi görüşlərdə iştirak etməyəcəklər.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Polskie Radio 24” məlumat yayıb.
“Biz bu qərarı ona görə verdik ki, bu, Rusiya təcavüzü ilə bağlı siyasətimizin əsas elementidir. Hesab edirik ki, Rusiya fəaliyyət göstərə biləcəyi bütün beynəlxalq forumlardan və formatlardan maksimum dərəcədə təcrid olunmalıdır”, - Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.
Yablonski izah edib ki, Polşanın məqsədi Rusiyanın beynəlxalq münasibətlərdə normal tərəfdaş kimi iştirakının qarşısını almaqdır.
Oxşar xəbərlər
Polşa XİN vətəndaşının İranda saxlanıldığını təsdiqlədi
Polşa Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşının İranda saxlanılması xəbəri ilə bağlı bəyanat yayıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Polş...