Polşa və ABŞ “Apache” zərbə helikopterinin tədarükü üzrə müqavilə imzalayıb
Polşa və ABŞ hökumətləri 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb.
“Report” xəbər verir ki, bu barədə məlumat Polşa Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“Baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamısh Polşa ordusu üçün 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb. ABŞ hökuməti ilə müqaviləyə həmçinin logistika və təlim xidmətləri paketinin göstərilməsi, döyüş sursatı və ehtiyat hissələrinin tədarükü daxildir”, - məlumatda deyilir.
Polşa tərəfi adından müqaviləni imzalayan Kosinyak-Kamış Varşavanın bu helikopterləri 2028-ci ildə almağa başlayacağını bildirib. Müqavilənin dəyəri 10 milyard ABŞ dolları olacaq.
Oxşar xəbərlər
Rusiyalı milyarderlərin sərvəti 2023-cü ildə 50 milyard ABŞ dolları artıb
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ildə 50,012 milyard ABŞ dolları artıb. “Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyinin dərc etdiyi “Mi...