Polatlardan sonra daha bir cütlüklə bağlı araşdırmaya başlanıldı - Soyadlarını dəyişiblərmiş - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə daha bir cütlük barədə araşdırılmaya başlanılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, dəbdəbəli həyatları və saxta olduğu deyilən zinyət əşyaları ilə tanınan Tayyar Öz və Özlem Öz cütlüyünə qarşı başladılan araşdırma istintaqa çevrilib.
Engin və Dilan Polat cütlüyünün həbsindən sonra Tayyar və Özlem Öz cütlüyü də gündəmə gəlib.
Cütlüyün Səhiyyə Nazirliyinin icazəsi olmadan məhsul satdıqları, FETÖ ilə əlaqəsi olduğu və soyadlarını dəyişdirdikləri iddia edilib.
Xatırladaq ki, cütlük sözügedən iddialar barədə 2 həftə əvvəl açıqlama vermişdi:
"Hazırda hüquq departamentimiz lazımi məlumatları toplayır. İndiyə qədər soyad dəyişikliyi istisna olmaqla, bütün xəbərlər şər və böhtandan ibarətdir. Təbii ki, bunların da bir cavabı var. Xahiş edirik, eşitdiyiniz heç bir şeyə inanmayın. İnşallah, ədalət öz yerini tapacaq. Bizi bəziləri ilə bir tutmayın”.
Qalereya
Oxşar xəbərlər
Dilan və Engin Polat cütlüyünün qonşularına hücum etdikləri ŞOK GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
Dilan Polat və əri Engin Polatın İstanbulun Çekmeköy ərazisində yaşadıqları dəbdəbəli villada park yeri səbəbilə qonşularına hücum etməsinin görüntüləri ortaya...