Polat ailəsinə aid 29 lüks avtomobil, və mülklər evlər satışa çıxarılır
Hazırda həbsdə olan Polat ailəsinin mal-mülkü satışa çıxarılır.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ailəyə məxsus 29 lüks avtomobil, evlər və torpaq sahələrinin 5 il sonra dəyərinin aşağı düşəcəyi ehtimal edilərək, indidən satışa təqdim edilməsi təklif edilib.
Satışdan gələn pullar bir-bir qeydə alınacaq. Bundan sonra Polat ailəsoinin borcu ödənildikcə onların cəzasına dəyişikliklər ediləcək.
Xatırladaq ki, noyabrın 1-də mərkəzi İstanbul olan 6 vilayətdə keçirilən əməliyyatda aralarında Dilan Polat və əri Engin Polatın da olduğu 17 şübhəli saxlanılıb. Onlar çirkli pulların yuyulması iddiası ilə mühakimə olunurlar.
Oxşar xəbərlər
Dilan və Engin Polat cütlüyünün qonşularına hücum etdikləri ŞOK GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
Dilan Polat və əri Engin Polatın İstanbulun Çekmeköy ərazisində yaşadıqları dəbdəbəli villada park yeri səbəbilə qonşularına hücum etməsinin görüntüləri ortaya...