"Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiyanın Buyanovats şəhəri yaxınlığında hərbi qulluqçularımızın iştirakı ilə "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksək səviyyəli qonaqları iştirak ediblər.
Əvvəlcə qonaqlara beynəlxalq taktiki təlimin gedişatı, qarşıda duran tapşırıqlar və mərhələlər barədə məlumat verilib, daha sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki olaraq yerinə yetirilib. Komanda məntəqəsində təlimin gedişatını izləyən rəsmi nümayəndələr hərbi qulluqçularımızın peşəkarlığını yüksək qiymətləndiriblər.
Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.
Qeyd edək ki, təcrübə mübadiləsi aparmaq, sülhməramlı əməliyyatların icrası zamanı tərəfdaş ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı uzlaşmanı gücləndirmək və hazırlıq səviyyəsini yüksəltmək məqsədilə keçirilən təlimdə Amerika Birləşmiş Ştatları, Azərbaycan, Birləşmiş Krallıq, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya və Yunanıstandan olan hərbi qulluqçular iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...