Pilot reysə gecikdi, təyyarəni sərnişin sürdü
05
sen
2019
21:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın “EasyJet” aviaşirkətinin pilotlarından biri reysə gecikib. Onun vəzifəsini sərnişin yerinə yetirməli olub.BAKU.WS Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə Mançesterdən İspaniyanın Alikante şəhərinə reys zamanı baş verib. Havada problem yaranıb, Fransada məcburi eniş etmək lazım gəlib. Əlverişli hava şəraiti yarananda isə pilot aeroporta gecikib. Vəziyyəti sərnişin Maykl Bredli xilas edib.Əslində, Maykl adi sərnişin deyil. O da “EasyJet”in pilotudur. Sadəcə, həmin gün həyat yoldaşı və kiçik oğlu ilə məzuniyyətə gedirmiş. Bredli aviaşirkətə zəng vuraraq, təyyarəni idarə etməyə hazır olduğunu bildirib. Pilot lisenziyası və başqa uyğun sənədlər üstündəymiş. Beləcə, təyyarə tezliklə Alikantedə uğurla eniş edib.Dünən Şotlandiyada pilotlarla bağlı daha bir maraqlı hadisə olub. Pilotların hər ikisi təyyarəyə sərxoş halda minib. İşə polis qarışıb. Hər ikisini həbs ediblər.
Oxşar xəbərlər
Pilot huşunu itirdi, təyyarəni sərnişin endirdi
İngiltərənin Mançester şəhərindən Portuqaliyanın Madeyra adası istiqamətində hərəkətdə olan təyyarənin pilotu anidən huşunu itirib.BAKU.WS DHA-ya istinadən xəbə...