Peter Mixalko Ukraynaya yardıma görə Azərbaycana təşəkkür edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ölkəmizə Ukraynaya növbəti humanitar yardım göndərdiyinə görə təşəkkür edib.
BAKU.WS xəbər verir ki, Aİ səfiri bu barədə tviterdəki hesabında yazıb.
"Ukraynaya növbəti humanitar yardım göndərdiyi üçün Azərbaycana dərin minnətdarlıq və təşəkkür edirəm. Bu, dəhşətli cinayətin fəsadlarına, Kaxovka (Kaxovka su elektrik stansiyasının (SES) bəndinin dağıdılması – red) bəndinin dağıdılmasına müqavimət göstərməyə kömək edir.
Rusiya təcavüzkarları cavab verəcəklər. Mülki infrastrukturun məhv edilməsi müharibə cinayətidir", - Peter Mixalko qeyd edib.
High gratitude& appreciation to Azerbaijan🇦🇿 sending another humanitarian assistance to Ukraine🇺🇦! It helps counter the consequences of horrible crime, destruction of Kakhovka dam.
— Peter Michalko (@MichalkoPeter) June 11, 2023
Russian aggressors will be held accountable. Destruction of civilian infrastructure is a war crime
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...