Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib.
"Report" xəbər verir ki, onun "X" sosial şəbəkəsində paylaşdığı şəkildə Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına 37 gün qaldığı qeyd olunub.
P.Mixalko bu gün səhər Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim Fəaliyyəti üçün Yürüşdə iştirak edib.
O, bu tədbirdə çıxışı zamanı Azərbaycanı COP29-da sədrliyi münasibətilə təbrik edib, iqlim dəyişikliyi ilə bağlı belə mühüm qlobal konfransa hazırlıq istiqamətində ölkənin səylərini və görülən işləri yüksək qiymətləndirib.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış e...