Paşinyan sırğa və kababı Ermənistandan miqrasiyaya səbəb kimi göstərib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan baş naziri Nikol Paşinyan Avropadakı erməni mühacirlərlə ünsiyyət təcrübəsini bölüşüb və onların ölkədən çıxma səbəblərini açıqlayıb.
Oxu.Az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir.
"Sual yaranır - niyə mühacirət etdin, səbəb nədir? Məgər Ermənistan hotellərində ofisiant kimi işləmək üçün yer yoxdur? Məlum olur ki, biri saç düzümünə görə, digəri qulağındakı sırğaya görə, üçüncüsü xaş sevmədiyi üçün, dördüncüsü kababı xoşlamadığı üçün və s. mühacirət edib", - deyə Paşinyan parlament iclasında bildirib.
Ermənistan baş naziri əhali axınının daha bir səbəbi kimi milli orduda xidmətlə bağlı narahatlıqları göstərib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...