Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniya Prezidenti Klaus İohannis və Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bəyanatında bildirilib.
Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Həmsöhbətlər regionda kommunikasiyaların açılması məsələsini də müzakirə ediblər.
Ermənistan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyət məsələsinə toxunulub, həmçinin Ermənistan-Rumıniya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...