Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır

Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə "hökumət saatı" zamanı deyib.
O bildirib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib: "Regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həllini tapa bilərik".
N.Paşinyan, həmçinin bildirib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir.
Oxşar xəbərlər
Donald Tramp İlham Əliyev haqqında: "Onunla düşmən olmaq istəməzsiniz"
Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampın Şarm əl-ŞeyxdəYaxın Şərqdə Sülh Sammiti çərçivəsində keçirilən görüşündə maraqlı anlar yaşanı...
