Paşinyan Ermənistanın keçmiş rəhbərliyinin Qarabağla bağlı mövqeyini tənqid edib
"Müxalifət hakimiyyətdə olduğu dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi üzrə niyə qərarlar qəbul etmədiyini xalqa izah etməli idi".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bir neçə gün əvvəl Qarabağ üzrə danışıqlara dair açıqladığı sənədləri şərh edərkən deyib.
"Yaxşı təklif halında Ermənistanın keçmiş rəhbərliyi vaxtında həmin məsələnin həllinə getməli idi. Yaxşı təklif var idisə və onun həllinə gedilməyibsə, o zaman xalq qarşısında bunun səbəbi izah olunmalı idi. Əgər təklif pis idisə, o zaman ondan sonrakı hər bir təklif əvvəlkindən daha pis idi", - deyə Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
Oxşar xəbərlər
Paşinyanın "Qarabağ kartı": Ermənistanın baş naziri rəqiblərini tarixin arxivinə göndərir
Ermənistanda daxili siyasi gərginlik pik həddinə çatıb. Baş nazir Nikol Paşinyan hökumətinin Azərbaycanın müəllifi olduğu sülh gündəliyinə uyğun davranması qon...