Paşinyan: Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.
Paşinyan bildirib ki, Bakının irəli sürdüyü növbəti sülh sazişi təklifləri prosesin irəlilədiyini göstərir.
"Biz sülh sazişinin artıq 12-ci redaksiyasını aldıq və bu, prosesin dalana dirənmədiyini sübut edir. İndi öz təkliflərimizi təqdim etməliyik, proses davam edir. Digər tərəfdən, sərhədin delimitasiyası üzrə komissiyalar da işləyir. Onlar bu il əyani və onlayn formatda görüşüblər. Biz məsələnin həlli ilə bağlı təklif irəli sürmüşük və ümid edirik ki, Azərbaycan bu qərara müsbət yanaşacaq", - Ermənistanın baş naziri qeyd edib.
Onun sözlərinə görə, bu təklif Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasını nəzərdə tutur və bu xətt Qərbi Azərbaycanla Naxçıvan arasında əlaqə yaratmaq üçün Ermənistanın suveren ərazisindən keçəcək.
"Hər iki ölkə bir-birinin ərazisindən keçən dəmir yollarından beynəlxalq yükdaşımalar üçün istifadə imkanı əldə edəcək", - Paşinyan vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub
Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin növbəti görüşünün yeri məlum olub. "Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər...
