Paşinyan: Ermənistan-Azərbaycan sülh nizamlanması Rusiya ilə münasibətlərə də müsbət təsir göstərib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva ilə münasibətlərin İrəvan üçün vacib olduğunu bəyan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o bunu Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
"Azərbaycanla sülh İrəvan-Moskva münasibətlərinə müsbət təsir göstərir", - Paşinyan vurğulayıb.
O, həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümidvar olduğunu bildirib.
"Azərbaycan ərazisindən dəmir yolu daşımaları Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin inkişafına kömək edir", - Paşinyan qeyd edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə rəsmi "Instagram" hesabında paylaşım edib. BAKU.WS həmin paylaşımı təqdim e...