Paşinyan ABŞ-də Azərbaycanla müqavilənin paraflanmasını dönüş nöqtəsi adlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan lideri xalqa müraciətində bildirib.
Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər.
"Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq", - Paşinyan bildirib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...