Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”

Paşinyandan növbəti etiraflar:  “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”
Siyasət 2770

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətə görə şəxsən məsuliyyət daşıyır.

BAKU.WS xəbər verir ki, bu barədə "İnterfax-Azərbaycan" agentliyi məlumat yayıb.

"Bəli, bu vəziyyətə görə məsuliyyət daşıyıram və daşıyacam. Bu, bizim üçün böyük uğursuzluq, böyük fəlakət, itirilmiş həyatlara görə böyük matəmdir, ancaq inanıram ki, Ermənistan (...) yaşamalı, möhkəmlənməli, güclənməli, müxtəlif məsələlərlə bağlı əvvəlki qavrayışlara yenidən baxmalıdır", - deyə Paşinyan bu gün "Facebook" səhifəsində canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, diqqəti Ermənistan və Qarabağın iqtisadi və humanitar inkişafına yönəltmək lazımdır:

"Biz yıxıldıq, ancaq uçuruma yuvarlanmadıq, vaxtında dayanmaq qərarını verdik. Əks təqdirdə, vəziyyətimiz daha da pis olardı. Nəticə çıxarmaq lazımdır, bu, ölkəmizin gələcək inkişafına kömək edə bilər".

Son xəbərlər