Paşinyan Tavuşdakı erməniləri “nəzarətə götürdü”: Qazaxın işğaldakı kəndlərinə xüsusi polis dəstəsi göndərildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuşa (Dilican mahalı - red.) səfərinin nəticələri artıq üzə çıxmağa başlayır.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Belə ki, N.Paşinyan səfərindən sonra ona qarşı yerli KİV-də çıxış edən erməniləri cəzalandırmaq qərarına gəlib. Məhz bu səbəblə əraziyə - Əskipara, Bağanis və ətraf məntəqələrə xüsusi polis dəstələri göndərilib. Bununla Paşinyan hökuməti yerli sakinlərə gözdağı verməyə çalışır.
Polislər mediaya müsahibə verən kənd sakinlərini tapıb onlarla izahat işi aparırlar və bu cür müsahibələrin yolverilməz olduğuna “inandırmağa çalışırlar”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...