Paşinyan: “Qarabağın tanınmasına cəhd etsə idik, müharibə heç noyabrın 9-da bitməyəcəkdi”
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağın tanınmasına (44 günlük müharibə dövründə - red.) cəhd etsə idik, müharibə heç noyabrın 9-da bitməyəcəkdi”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib.
O bildirib ki, əks halda döyüşlər daha çox davam edə bilərdi.
İclas zamanı müxalif deputat Armen Aşotyan deyib ki, Qarabağın müstəqilliyinin tanınması Ermənistan üçün “siyasi “İsgəndər”ə çevrilə bilərdi. N. Paşinyan isə cavabında “elə isə niyə 2016-cı ildə baş verən dördgünlük müharibə zamanı bundan istifadə edilmədi?”, - deyə cavab verib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...