Paşinyan: “Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik həlli olmadığını deyib.
BAKU.WS “İnterfax-Azərbaycan” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, “Facebook” hesabında canlı yayımda bildirib:
“Qarabağ probleminin ən azından indiki mərhələdə diplomatik həll yolu yoxdu. Və bu mərhələdən başlayaraq çox uzun müddətdə də diplomatik həll yolunun olmayacağını anlamalıyıq”.
Onun sözlərinə görə, Ermənistan problemi qarşılıqlı kompromis əsasında həll etməyə hazır olduğunu bəyan edib:
“Bu, o deməkdir ki, problemin həlli adı ilə tələblər səviyyəmizi azalda bilərik, amma qarşı tərəf də buna razı olmalıdır. Lakin təcrübə göstərdi ki, Ermənistan üçün məqbul olan hər şey artıq Azərbaycan üçün qəbuledilməzdir. Bu, onu göstərir ki, heç olmasa bu mərhələdə diplomatik həll yolu haqqında danışmaq onsuz da mənasızdır”.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...