Paşinyan: "Bakı heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirəsindən imtina etməyib"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı danışıqlar masasında heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirəsindən imtina etməyib".
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında bildirib.
"Mən danışıqlar masasında belə bir mesaj almamışam ki, Azərbaycan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi haqqında danışmaqdan imtina etdiyini söyləsin", - deyə N.Paşinyan vurğulayıb.
N.Paşinyan onu da vurğulayıb ki, separatçıların səsləndirdiyi fikirlər onun üçün də anlaşılmazdır:
"Mən hələ də anlaya bilmirəm ki, niyə onlar bu mövzunu Azərbaycanla müzakirədən imtina edirlər?"//oxu.az
Oxşar xəbərlər
Sınıq-salxaq liderin yaratdığı eyforiya: Ermənistanda ən ağıllı Nikoldursa...
Azərbaycan liderinin Şuşadan verdiyi tutarlı və qəti bəyanatların əks-sədası bütün Ermənistanı bürüyüb. İrəvanın siyasi dairələri, başda Nikol Paşinyan olmaqla...