Paşinyan Azərbaycanla sülh prosesi haqqında: Kosmosa uçuşlar da qeyri-real görünürdü
Ermənistanın strategiyası region qonşuları ilə iqtisadi inteqrasiyanı dərinləşdirməyə yönəlib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvanda keçirilən illik iclasında deyib.
"Kosmosa uçuşlar da qeyri-real görünürdü, lakin insanlar yeni şeylər öyrənməyə hazır olduqları üçün buna nail oldular. İndi kosmosa uçuşlar heç kəsi təəccübləndirmir", - o bildirib.
Paşinyan diqqəti müxtəlif ölkələrin ərazilərindən keçəcək, həm bu dövlətlərin özləri, həm də regiondan kənar ölkələr üçün əhəmiyyət kəsb edən transregional kommunikasiyaların yaradılmasına yönəldib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...