Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırmağın vacibliyini deyib
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlər saxlayır. Eyni zamanda, İrəvanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur. Bunu dəyişdirmək lazımdır".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.
Paşinyan qonşularla dostluğu ölkənin xarici siyasətinin əsas məqsədi adlandırıb:
“Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir”.
O, əlavə edib ki, bir sıra praktik və psixoloji problemlər üzündən Ermənistan cəmiyyəti üçün bu ismarışı həzm etmək asan deyil.
Ermənistan hökumətinin başçısı bildirib ki, ölkəsi Rusiya ilə əməkdaşlıq etməklə Qərbin sanksiyalarından yayınmağa çalışır.
“Ancaq sanksiyalar qırmızı xətdir. Biz bunu Rusiyaya çox açıq şəkildə deyirik: sizə zərər vermək istəmirik, lakin sanksiyalara məruz qalmağa imkanımız yoxdur”, - baş nazir qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...