Parlamentlərarası Spikerlər Konfransında Azərbaycanı birinci vitse-spiker təmsil edəcək
İslamabadda noyabrın 11-12-də keçiriləcək "Sülh, Təhlükəsizlik və İnkişaf" mövzusunda Parlamentlərarası Spikerlər Konfransında Azərbaycanı parlament sədrinin birinci müavini təmsil edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani məlumat verib.
O qeyd edib ki, Azərbaycanla çox uğurlu parlament əlaqələri qurulub:
"Milli Məclisin sədri Sahibə Qafarova iki dəfə Pakistana səfər edib. Pakistanda noyabrın 11-12-də konfransımız olacaq. Ancaq Sahibə Qafarova COP30-da iştirak məqsədilə Braziliyaya gedəcəyi üçün bizim konfransda onun birinci müavini iştirak edəcək".
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstan və Azərbaycan arasında müstəsna dostluq münasibətləri mövcuddur
Azərbaycan Gürcüstanın xüsusi dostudur. İki ölkənin hökumətləri arasında müstəsna dostluq münasibətləri mövcuddur. BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...