Parlament MDB ölkələrinin ictimai səhiyyə sahəsində əməkdaşlığına dair sazişi təsdiq edib
Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş"in təsdiqi barədə qanun layihəsinin ona dair müvafiq qeyd-şərti ilə təsdiqi nəzərdə tutulur.
Layihəyə əsasən, Azərbaycan MDB-nin iştirakçı-dövlətlərinin fövqəladə vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında 2015-ci il 16 oktyabr tarixli Sazişin iştirakçısı olmadığı üçün özünü həmin Sazişin müddəaları ilə bağlı hesab etmir.
Sənədə görə, Azərbaycanla Ermənistan arasında münaqişənin nəticələri tam aradan qaldırılana və münasibətlər normallaşana qədər hazırkı sazişin müddəaları Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Saziş müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Almaniya-Azərbaycan: Humanitar bağlar və tarixi ənənələr - Lonqrid
Azərbaycanla Almaniya arasında münasibətlər son illərdə yeni məzmun və daha geniş strateji çalarlar qazanaraq müxtəlif istiqamətlər üzrə inkişaf edir. Bu münasi...