Parlament Azərbaycanla Özbəkistan arasında beynəlxalq avtomobil əlaqələri ilə bağlı sazişi təsdiqləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclis Azərbaycanla Özbəkistan arasında beynəlxalq avtomobil əlaqələri ilə bağlı sazişi təsdiqləyəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edəcəklər.
Müzakirələrdən sonra sənədin parlamentin plenar iclasına tövsiyə olunması gözlənilir.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...