Parlament 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsini qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37161,8 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 2,1 faiz çox, dövlət büdcəsinin xərcləri 37713,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 6,1 dəfə az olub.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Prezidentin Kopenhagendə keçirdiyi görüşlər gürcü mediasının diqqətində
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Gürcüstanın aparıcı ictimai televiziyası - "1TV.GE"nin info...
