Paraqvay parlamenti və senatının nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Paraqvay parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Valter Enrike Harms və Paraqvay Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri Lukas Akino Xaranın Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfərləri başlayıb.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, qonaqlar ilk olaraq Füzuli aeroportunda olublar. Burada qonaqlara aeroportun inşası zamanı ərazinin minalardan təmizlənməsi və inşa müddətinin rekord müddətə - 8 ay ərzində inşa edilərək başa çatdırılması bildirilib. Səfərin davamında qonaqlar Füzuli şəhərində olublar.
Azərbaycan Prezidentinin işğaldan azad edilən ərazilər üzrə xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qonaqlara Füzuli şəhəri və ümumilikdə işğal olunan ərazilərdə törədilən erməni vandallığı barədə geniş məlumat verib.
Xatırladaq ki, Paraqvay Cənubi Amerikda Xocalı soyqırımını rəsmən tanıyan respublikalardan biri olub. Xocalı faciəsinin tanınmasında bu şəxslərin müstəsna rolları olub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...