Pakistanın Baş naziri mayın 25-30-da Azərbaycan da daxil olmaqla dörd ölkəyə səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif mayın 25-30-da Türkiyə, İran, Azərbaycan və Tacikistana səfər edəcək.
Bu barədə "Report" Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, o, səfər zamanı bu ölkələrin liderləri ilə ikitərəfli münasibətlərə dair bir çox məsələlər, həmçinin regional və beynəlxalq proseslər barədə müzakirələr aparacaq.
"Onun həmçinin bu yaxınlarda Hindistanla münasibətlərdə yaranmış böhran zamanı dost ölkələr tərəfindən Pakistana göstərilən dəstəyə görə minnətdarlığını bildirmək imkanı olacaq. Baş nazir mayın 29-30-da Duşənbədə (Tacikistan) keçiriləcək buzlaqlarla bağlı beynəlxalq konfransda iştirak edəcək", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
"Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Türkiyənin "TRT Haber", "Haber Global", "Milliyet", "Hibya"...