Pakistanın baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Qəbul zamanı vurğulanıb ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müxtəlif istiqamətlər üzrə intensiv inkişaf edir və iqtisadi əməkdaşlığa mühüm töhfələr verir. Yüksəksəviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, imzalanan sənədlər hər iki ölkə üçün faydalı işbirliyi baxımından mühüm önəm kəsb edir. Bununla yanaşı, investisiya üzrə birgə fəaliyyət, eləcə də digər iqtisadi istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi üçün geniş potensial var.
Tərəflər ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Pakistan İslam Respublikasına səfərimiz zamanı bu ölkənin Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin (@CMShehbaz) qəbulunda olduq.#Azərbaycan - #Pakistan strateji tərəfdaşlığının #iqtisadi əməkdaşlığa mühüm töhfələr verdiyini məmnunluqla vurğulayaraq, ikitərəfli münasibətlərin… pic.twitter.com/og7o7AtF09
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 25, 2025
Oxşar xəbərlər
Sumqayıtın icra başçısı reyd zamanı məşhurlaşan məmurun vəzifəsini dəyişdirdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun vəzifəsi dəy...