Pakistanda seçki günü 51 terror aktı: 12 nəfər ölüb, 39 nəfər yaralanıb - FOTO

Pakistanda seçki günü 51 terror aktı: 12 nəfər ölüb, 39 nəfər yaralanıb - FOTO
Foto
Siyasət 38

Pakistanda milli və əyalət məclislərinə seçkilər qanlı keçib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, seçki günü ölkə daxilində həyata keçirilən 51 terror hücumunda 10-u təhlükəsizlik işçisi, 2-si mülki şəxs olmaqla 12 nəfər həyatını itirib.

Pakistan ordusu açıqlamasında 5 terrorçunun zərərsizləşdirildiyi, 39 təhlükəsizlik əməkdaşının isə yaralandığı qeyd olunub.

Təxminən 6 min həssas səsvermə məntəqəsində seçkilərin təhlükəsizliyini təmin etmək üçün 137 min əsgər və yarımhərbi birləşmə və 7 min 800 çevik reaksiya qüvvəsi təyin edilib.

Son xəbərlər