Pakistan qardaş ölkələrə son hücumlarla bağlı ciddi narahatlığını bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan qardaş ölkələr - Türkiyə və Azərbaycana qarşı son hücumlarla bağlı ciddi narahatlığını bildirib.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında bəyanat yayıb.
Pakistan XİN-in bəyanatında qeyd edlir ki, Türkiyə və Azərbaycanın hədəfə alınması beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin prinsiplərinin açıq şəkildə pozulmasıdır və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.
Pakistan Türkiyə və Azərbaycanla güclü həmrəyliyini bir daha təsdiqləyərək, eyni zamanda regional sülh və sabitliyin qorunması üçün tərəfləri təmkinli olmağa, dialoq və diplomatiyaya üstünlük verməyə çağırıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...