Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, qətnamə deputat, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib.
Xatırladaq ki, 2012-ci il fevralın 1-də Pakistan Senatının Xarici əlaqələr komitəsi, 2017-ci il fevralın 2-də isə Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişdi.
Hazırkı qətnamə isə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyini əks etdirir.
Oxşar xəbərlər
Hikmət Hacıyev “Russia Today Arabic”ə müsahibə verib - VİDEO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Russia Today Arabic”...