Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyindən BAKU.WS-ə bildirilib.
Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub, müzakirələr aparılıb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ - FOTO
2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. BAKU.W...