Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana işgüzar səfər edəcək.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakı nəzərdə tutulur.
Tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
Özbəkistan liderinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.
Oxşar xəbərlər
İlham Əliyevin ŞƏT sammitində çıxışının tam mətni – YENİLƏNİB - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edib. Prezident İlham Əliyevin çıxışı: “Hörmətli Şavkat Miromonoviç. Hörmətli...