Oyun zamanı boğazı kəsilən xokkeyçi öldü - VİDEO

“Pittsburq”un keçmiş hücumçusu Adam Consonun boğazı konki ilə kəsilib.
Xokkeyçi Britaniya Çağırış Kuboku çərçivəsində keçirilən “Nottingem Panthers” və “Şeffild Stilers” matçında zədələnib.
Rəqib öz ayaqqabısının altı ilə təsadüfən ev sahiblərinin oyunçusu olan Consonun boğazını kəsib.
Matç dərhal dayandırılıb və sonradan tamamlanmayıb. Tamaşaçılardan stadionu tərk etmələri tələb olunub.
Meydan sahiblərinin forvardı xəstəxanaya yerləşdirilib. 29 yaşlı xokkeyçi qan itkisindən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, NHL-də Conson 2019/20 mövsümündə 7 oyun keçirib, 7 oyunda 2 (1+1) xal toplayıb.//oxu.az
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
