Ovannisyan Qarabağdan qaçan ermənilərə müraciət etdi: “Kişi olun…”
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Silahlı Qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci batalyonunun dünən gecə 300 ehtiyatda olan hərbçi ilə birlikdə mövqelərini tərk edərək çox sayda ölü və yaralananları qoyaraq geri çəkilməsinə görə qəzəblənən Ermənistan Müdafiə Nazirliyinin isti və hələlik təhlükəsiz kabinetində oturan Artsrun Ovannisyan erməni hərbçilərinə müraciət edib və onları qadınlarına layiq olmağa, ölənə qədər dözməyə çağırıb.
BAKU.WS “armiya.az”a istinadən xəbər verir ki, bu barədə o, özünün “Facebook” hesabında yazıb.
“Hətta tələbə qızlar da öz bölmələrini yaradıblar və cəsarətlə döyüşürlər. Onlar intiharçı olmağa hazırdırlar. Bəs siz? Gəlin, onlara layiq olaq”, - deyə A.Ovannisyan pafosla yazıb.
O həmçinin müharibəyə yazılmaqdan imtina edən erməni gənclərinə də müraciət edib.
“Bayraqları maşınlara taxaraq və vətənpərvərlik mahnıları ilə İrəvanın ətrafında gəzməklə zəfəri yaxınlaşdırmırsınız. Silah götürün və irəli, ön cəbhəyə”, - deyə o bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...