Ötən ay gömrük xətti ilə büdcə daxilolmaları 3%-ə yaxın artıb

24
fev
2025
12:23
2025-ci ilin yanvar ayında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8% artaraq 487 milyon 159.3 min manata çatıb.
BAKU.WS bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 145,014 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 5.9% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 359,252 milyon manat (1.4% çox), aksizlər üzrə daxilolmalar 18,952 milyon manat (2.4% çox), yol vergisi üzrə daxilolmalar isə 3,939 milyon manat (16.2 çox) təşkil edib.
Oxşar xəbərlər
31 Mart soyqırımı: "Ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırıblar"
Baku TV-nin "Baku Aktual" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında 31 Mart soyqırımının tarixi haqqında müzakirə aparılıb. Diqqə...
