Ordumuz qanunsuz erməni silahlı dəstə üzvlərinin döyüş mövqelərini hədəfə alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Oxşar xəbərlər
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam v...