İordaniyada dövlət çevrilişinə cəhd: Sabiq vəliəhd şahzadə ələ keçdi
İordaniya xüsusi xidmət orqanları istintaq zamanı sabiq vəliəhd şahzadə Həmzə Bin Hüseynin şübhəli fəaliyyətinin ölkənin təhlükəsizliyinə təhdid yaratdığını müəyyənləşdirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.
Məlumatı bu gün keçirilən mətbuat konfransında İordaniya Baş nazirinin müavini və xarici işlər naziri Ayman Hüseyn Abdulla as-Safadi təsdiqləyib.
Baş nazirin müavini deyib ki, istintaq İordaniyadakı hadisəyə vəliəhd şahzadənin aktiv əlaqə saxladığı xarici tərəflərin cəlb olunduğunu üzə çıxarıb. İordaniya xüsusi xidmət orqanları qabaqlayıcı tədbirlər çərçivəsində hökumət əleyhinə fəaliyyətlə əlaqədar aprelin 3-də artıq 16 nəfəri həbs edib: “Saxlanılanlar arasında hərbçilər yoxdur. Ordu sui-qəsdçilərin planını başlanğıcda boşa çıxarmağı bacarıb”.
Qeyd edək ki, İordaniyada sabiq vəliəhd şahzadə Həmzə bin Hüseyn ev həbsində olduğunu bildirib. Kral Məhkəməsinin keçmiş sədri Bassəm Avadalla və keçmiş müşavir Şərif Həsən isə həbs edilib.
Oxşar xəbərlər
Onu həbs etmək, məhkəməyə çağırmaq, şahid kimi cinayət işinə cəlb etmək olmaz
Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur. Hətta ölkəmizdə onları "Qayınana"...